“Əlaçı“ bilik müsabiqəsi

3 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “Əlaçı“ bilik müsabiqəsi keçirilmişdir. “Əlaçı” beynəlxalq “Brainest” müsabiqəsinin milli versiyasıdır. 4 mərhələdən ibarət olan proyektdə Azərbaycanın müxtəlif şəhər və regionlarından 3000-ə yaxın məktəbli qatılıb. Seçmə mərhələdə 144 fərqlənmiş məktəbli arasında 12 nəfər finala vəsiqə qazanmışdır. Məktəbimizin XI sinif şagirdi Məmmədov Fərid yarışlarda fərqlənərək “Super Final“a vəsiqə qazanmış və Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Əlaçı“ nominasiyası ilə təltif olunmuşdur. Onu təbrik edir, final mərhələsində uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi