Bu layihə 2017-ci ildə London keçiriləcək Atletika idman növü üzrə dünya çempionatına həsr olunub. Bu yarışı daha baxımlı və maraqlı etmək üçün (British athletics) Böyük Britaniya atletika federasiyası bir neçə ölkədə idmanın atletika növünü təbliğ etmək və daha yaxından tanıtmaq üçün layihə hazırlayıb (yəni leap-2017). Bu layihənin məqsədi ilk növbədə məktəblərdə fiziki tərbiyə dərslərində atletika idman növünün şagirdlərə oyun halında öyrədilməsi və atletika haqqında daha geniş və ətraflı məlumatların çatdırılmasından ibarətdir. Sevindirici haldı ki bu layihəyə start məhz bizim məktəbdə verildi.