“Təhsil millətin gələcəyidir.”
“Təhsil millətin gələcəyidir.” Ümummilli lider Heydər Əliyev “İnanıram ki,hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Əziz məzunlarımız! Sizi qəbul imtahanlarını uğurla verib tələbə adını qazanmağınız münasibətilə təbrik edirik. Hamınıza gələcək həyatıızda və təhsilinizdə böyük uğurlar, möhkəm can sağlığı və xoşbəxtliık arzu edirik.Qazandığınız müvəffəqiyyət sizin bundan sonrakı fəaliyyətinizin etibarlı bünövrəsidir.Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran vəzifələrin həllində gəal iştirak etməyə hazırlamalı, bunun üçün yüksək bilik və bacarığa yiyələnməyə davam etməli,yaxşı mütəxəssis olmağa çalışmalısınız.Siz gənc həyatınızın ilk ən böyük imtahanından uğurla çıxmısınız. Arzu edirik ki, hər zaman belə alnıaçıq olasınız! 2014-2015-ci dərs ilində məktəbi müvəffəq qiymətlə bitirmiş 101 məzundan 96-sı arzusunda olduğu tələbə adı uğrunda bilik yarışına qatılmışdır. Məzunlarımızdandan 74 nəfəri bu yarışmanın qalibi kimi tələbə adını daşımağa layiq görülmüşlər. Onlardan 6 nəfəri 500-600 intervalında, 6 nəfəri isə 600-dən yuxarı bal toplayaraq müəllimlərinin etimadını doğrultmuşlar. Məzunlarımızdan 10 nəfəri isə xaricdə təhsillərini davam etdirəcəkdir. Builki bilik yarışının məktəb üzrə öncülü isə II ixtisas qrupunda 678 bal toplamış məzunumuz Afət Məmmədova olmuşdur.Bununla da o, Qızıl medala layiq olduğunu, yaxşıların yaxşısı olduğunu bir daha sübut etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasınn tələbəsi adını qazanmış məzunumuzu təbrik edir, ona gələcək həyatında və təhsilində böyük uğurlar,möhkəm can sağlığı və xoşbəxtlik arzulayırıq. Məktəbin adını uca tutan, şərəfini qoruyan məzunlarımıza təhsildə daha yüksək nəticələr əldə etməyi arzu edirik.Uğurlarınız davamlı,dayanıqlı və daimi olsun.