İdman ətraf mühitin keşiyində

Milli Olimpiya Komitəsinin dəstəyi ilə məktəbimizdə “İdman ətraf mühitin keşiyində” adlı növbəti layihə keçirildi. Layihənin məqsədi beynəlxalq olimpiya komitəsinin ətraf mühit siyasəti, idman tədbirlərinin ətraf mühitə təsiri və ekosistemlərin qorunması kimi məsələlərin məktəblilərin nəzərinə çatdırılmasından ibarət idi. Layihə çərçivəsində şagirdlərin diqqətinə çatdırıldı ki, vaxtı ilə qrunt sularının yaratdığı göl və zibil tullantılarından ibarət olan sahədə - ekoloji cəhətdən yararsız hesab edilən ərazidə indi həm Olimpiya Stadionu, həm də böyük İstirahət Parkı yaradılmış və şəhər sakinlərinin istifadəsinə verilmişdir. Layihənin məktəb üzrə icraçısı, fiziki tərbiyə fənn müəllimi Namiq Cəfərov bu faktları şagirdlərin diqqətinə çatdırmaqla yanaşı, həm də onların adı çəkilən stadion və parka ekskursiyasını təşkil etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi