Şagirdimizin “IV Uluslararası Türk Dünyası Araşdırmaları Sempozyumu”ndakı iştirakı

Məktəbimizin 7 “k” sinif şagirdi Eşqin Aslanov qardaş Türkiyənin Niğdə şəhərində yerləşən, öz potensialı ilə Türkiyənin ən nüfuzlu universitetlərindən olan əvvəlki Niğdə Universiteti, indiki adı ilə 15 İyun hadisələrində şəhid olmuş Ömer Halisdemir adına Universitetində keçirilən “IV Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpozyumu”nda “Kökümüz Bir Türkük!” adlı festifalda göstərdiyi fəallığı ilə digər iştirakçılar arasında yaşının az olmasına baxmayaraq özünün aktiv və zəkalı işləri ilə seçildi. Belə ki, Eşqin festivalda Azərbaycanı təmsil edən Bakı Avrasiya Universitetinin hazırladığı rəqs və musiqi nömrələrinin bütün komputer dizayn işlərini hazırlamışdır. Bundan başqa, Azərbaycanı təmsil edən lövhənin önündə Azərbaycanın dəyərləri haqqında rus dilində məruzə etmişdir. Ömər Halisdemir Universitetinin rektoru professor doktor Adnan Görür və Azərbaycana qayıtdıqdan sonra Bakı Avrasiya Universitetinin rektoru professor doktor Nazim Hüseynli tərəfindən diplomla təltif olundu. Məktəbimizin şagirdi Eşqin Aslanova gələcəkdə daha böyük uğurlar arzulayırıq.