Kitablarla bayramlaşaq!

Ulu Öndərin adını daşıyan möhtəşəm mərkəzin qarşısında “Gəlin birgə oxuyaq” şüarı altında növbəti “Oxu günü” qeyd olundu. Bu gün hər kəsdə kitab bayramı abu – havası yaşatdı.“Oxu günü” mütaliəyə diqqətin artırılmasını nəzərdə tutan layihədir. Bu layihənin həyata keçirilməsində əsas məqsəd uşaqlar, gənclər arasında mütaliəyə diqqəti artırmaq, ədəbiyyata marağı yüksəltmək, kitabla paylaşmağı bacarmaq və kitabla həmsöhbət olmaqdır. Kitab insanları, xüsusən gənclərimizi bilikli olmağa, gələcəyi aydın şəkildə görməyə, öz mövqeyini düzgün çatdırmağa kömək edən nadir vasitələrdən biridir. “Oxu günü”nün keçirilməsi həm də elm və bilik gününün keçirilməsi deməkdir, mütaliə mədəniyyətinə, kitaba çağırış deməkdir. Tədbirə tanınmış yazıçı və şairlər dəvət olunmuşdur. Fəal oxucular, müəlliflər, tanınmış insanlar, məktəblilər və qonaqlar bir – birinə qarşılıqlı kitab hədiyyə edir, şagirdlərə bağışlanan kitablara yazıçı vı şairlər, millət vəkilləri öz aftoqraflarını qeyd edirdilər. Paytaxtın müxtəlif məktəb şagirdləri tərəfindən maraqlı təqdimatlar, əsərlərdən səhnəciklər nümayiş etdirildi. Məktəbimiz tədbirə XX əsr Azərbaycan ədəbiyyatının ən məşhur və nadir ədəbi simalarından biri M. Ə.Sabirin simasında qatılmışdır. Məktəbimizi təmsil edən Sabir obrazının yaradıcısı –Murad Hüseynov Sabir poezisiyasının ənənələri ilə gənclərimizi mənəvi saflığa, mədəni yüksəlişə və maariflənməyə çağırdı.Kişik yaşlarından şagirdlərdə oxu mədəniyyətini formalaşdırmağa kömək edən “3 papaq” oxu strategiyasının nünayışı məktəbimizin ibtidai sinif şagirdləri tərəfindən reallaşdı.Tədbirdə kimisi kitab oxudu, kimisi sevdiyi yazıçı ilə yaxından söhbət etmək imkanı qazandı, kimisi vurğunu olduğu müəllifin imzasını aldı, onunla xatirə şəkli çəkdirdi, oxuduğu hansısa kitab haqqında danışdı.Təhsil Nazirinin müavini Firuddin Qurbanovun, BŞTİ – nin müdiri Məhəbbət xanım Vəliyevanın, Heydər Əliyev Fondunun şöbə müdiri Məhəbbət xanım, AMEA vitse-prezidenti İsa Həbibbəylinin çıxışlarnda bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi vurğulandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi