Mərkəzi Bank əməkdaşlarının iştirakı ilə tədris olunan Həyat bilgisi fənni

Məktəbimizin tarix müəllimi Gülsən Soltanovanın təşəbbüsü ilə IX a sinfində Həyat bilgisi fənnindən “Maliyyə savadlılığının artırılması” mözusu Mərkəzi Bankın bir qrup əməkdaşının iştirakı ilə tədris olunmuşdur. Bankın əməkdaşları şagirdlərə biznesin qurulması və layihələrin təşkilində biznes planın əhəmiyyəti haqqında maraqlı məlumatlar vermiş, şagirdlərin çoxsaylı suallarını cavablandırmışlar. Birgə tədris olunan dərs şagirdlərin marağını cəlb etmiş, onların fəal iştirakına səbəb olmuşdur. Dərsin sonunda Mərkəzi Bankın əməkdaşları tərəfindən şagirdlərə hədiyyələr təqdim olunmuş və xatirə şəkli çəkilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi