“Azərbaycanın Milli Parkları, qoruqları, yasaqlıqları” mövzusunda tədbir

Məktəbimizdə “Azərbaycanın Milli Parkları, qoruqları, yasaqlıqları” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə şagirdlər Şirvan, Abşeron, Göy – göl, Ağ göl milli parkları, Hirkan, Türyan çay, Pirqulu, Qızılağac qoruqları, Şəki Gil adası yasaqlıqları haqqında video material və slaydlarla tanış oldular. Azərbaycanın endemik bitkilərindən xarı – bülbül, şabalıdyarpaq, palıd, Lənkəran akasiyası və s haqqında şəkillər və videolar onlara təqdim olundu.Məktəbdə Milli parklar, qoruqlar haqqında guşə yaradılmışdır. Guşədə milli parkların və qoruqların bukletləri, kiçik məlumat kitabçaları, qorunan bitki və heyvanlar haqqında məlumatlar yer alıb. 6 – cı sinif şagirdləri tərəfindən dənli bitkilərlə işlənmiş qoruqların sərhədlərini özündə əks etdirən Azərbaycan xəritəsi əl işi kimi guşəyə əlavə olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi