İngilis dili aylığı debatla başa çatdı

Məktəbdə ənənəvi ingilis dili aylığı uğurla davam edir-açıq dərslər, müxtəlif müsabiqələr təşkil olunur.Bu il ilk dəfə aylıq çərçivəsində ingilis dilində debat da təşkil edilmişdir. “Dil öyrənmək üçün qrammatika ünsiyyət bacarığı önəmlidir” mövzusunda keçirilən debatda aparıcı qismində ADA-nın 1-ci kurs tələbəsi Ümid Mahmudov iştirak etmişdir. Tədbirdən öncə məktəbin 9-11-ci sinif şagirdlərindən ibarət bir qrup ADA-nın qonağı olmuş, “Şou debat” və 3 saatlıq debat treninqində fəal iştirak etmişlər.Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi və liseyin debat mərkəzinin rəhbəri Ayşə Əliyevanın da qatıldığı debat treninqindən şagirdlərimiz yetərincə bəhrələnmiş, təcrübə toplamış, müzakirələrdə fəal iştirak etmişlər. Bu təəssürat, həvəs məktəbdə debat klubunun yaradılmasına səbəb olmuşdur.İngilis dili aylığında debatın keçirilməsində Aida Tağıyeva, Sevda Zülfüqarova və Yeganə Teymurovanın əməyi danılmazdır.“Dil öyrənmək üçün qrammatik qaydaları bilmək vacibdir, ya ünsiyyət bacarığı önəmlidir” mövzusuna həsr olunmuş debatda çox qızğın mübarizə getdi.Hər iki tərəf fikrini inandırıcı dəlillər, arqumentlər əsasında əsaslandırmağa çalışdılar.Debatda iştirak edən Zərifə Əliyeva adına liseyin ingilis dili müəllimi Dursun xanım Yaqubova və ELC-nin aparıcı müəllimi Həmid Adjoba şagirdlərin ingilis dilində öz fikirlərini dürüst və sərbəst şəkildə ifadə etmək bacarıqlarını yüksək qiymətləndirdilər. Şouda əks qütblər razılaşmalı oldular ki, hər hansı bir dilə mükəmməl yiyələnmək üçün həm onun qrammatikasını bilməli, həm də zəngin söz ehtiyatına malik olmalıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi