"Xocalı harayı"

"Bütövlükdə Azərbaycan xalqına qarşıyönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir." Heydər Əliyev 26 fevral 2015-ci il tarixdə məktəbimizdə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş tədbir Ulu Öndərin bu sözləri ilə başladı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru tariximizin şanlı səhifələri ilə qürurlanmağı, qanlı səhifələrindən isə ibrət götürməyi tövsiyə etdi. Tədbirdə Heydər Əliyev fondu tərəfindən azərbaycanlıların soyqırımına həsr olunmuş video çarxın nümayişi şagirdlərin göz yaşları ilə izlənildi. Yuxarı sinif şagirdlərinin iştirakı ilə nümayiş etdirilən ədəbi-bədii kompazisiya şagirdlərdə kədər, bədbinlik deyil, vətənpərvərlik, sabaha inam, əzimkarlıq hissləri oyatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi