“Keçmişi unudanı gələcək topa tutar” – deyib müdriklərimiz

“Keçmişi unudanı gələcək topa tutar” – deyib müdriklərimiz. Bu fikri əsas tutaraq tədbirlərimizdə tarixə, tarixi hadisələrə geniş yer ayırmağa, tarixi həqiqətləri şagirdlərimizə çatdırmağa çalışırıq. Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Heydər Əliyev fondu tərəfindən “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən mühazirə də məhz bu mərama xidmət edirdi. Heydər Əliyev Mərkəzinin əməkdaşı Cavid Məmmədzadə qan yaddaşımız olan Xocalı faciəsi, bu tarixi faciəyə aparan uzun yoldan söhbət açdı. Əzəli - əbədi torpaqlarımızdakı “böyük köç”dən, Xocalı sakinlərinə qarşı törədilən ağlasığmaz dəhşətlərdən, “Xocalıya Ədalət” kampaniyasından danışdı, sonra rəsmi xronikaya müraciət edərək slaydlar göstərdi.Tədbir iştirakçılarının gözlərindəki nifrət sanki bu sualı doğururdu: “Tarix necə də amansızdır, insan öz həmcinsinə qarşı bu qədər qəddar ola bilərmi ?!”...Tədbirin sonunda natiq tərəfindən şagirdlərin çoxsaylı sualları cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi