GLOBALLAB layihəsindəki uğurumuz!

YUNESKO xətti ilə keçirilən beynəlxalq GLOBALLAB meqalayihəsi dünya xalqlarının müasir mədəni – ekoloji ənənələrini yaşatmaq məqsədinə xidmət edir. Layihə Planetin təbii ehtiyaclarının qorunması və saxlanması kimi mühüm bir məsələyə həsr edilmişdir. Təbiətin 4 ünsürünün - Su, Hava, Torpaq, Od - adı ilə adlandırılan və dörd mərhələdən ibarət olan genişmiqyaslı layihəyə artıq yekun vurulub. Avropa liseyi, Elitar Gimnaziya, 6№–li məktəb lisey, 245№–li məktəb, 5№–li məktəblərin qatıldığı nu layihəyə bizim məktəbimiz də qatılmış və hər mərhələdə ən yüksək uğura görə sertifikatlar əldə etmişik. Bu layihədə xüsusi əməyi olan layihə rəhbəri Sevda Nadirova və bütün mərhələlərdə yüksək nəticə göstərən ibtidai sinif müəllimi Nigar Fiqarova, eləcə də, xüsusi layihələri ilə fərqlənən 4 – cü sinif şagirdi İbrahim Mənsiyev setifikatla təltif olunmuşlar.Qaliblərin hər birini ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi