Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Uşaq Günü”

Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Uşaq Günü” münasibəti ilə Maarifləndirmə ayının keçirilməsilə bağlı təşkil olunmuş tədbirdə məktəbimizin 3a və 3f sinifləri də iştirak etmişdir. Bu proqram çərçivəsində şagirdlərimiz müxtəlif mövzularda - kitab çapı, bərpası, qorunub saxlanması və onun tarixi haqqında, eləcə də illüstrasiyalar barədə spesifik elmi məlumatlar əldə ediblər. Kitab haqqında elmi məlumat aldıqdan sonra xüsusi təşkil olunmuş tematik sərgi ilə tanış olublar. Sərgidə nadir muzey eksponatları, qədim Misir papirusu, nəfis Quranlar, miniatür və xəttalıq sənətinin şah əsəri, Çin kitab nümunələri, yazı ləvazimatları və kitabları saxlamaq üçün istifadə olunan əşyalar, Şərq ədəbiyyatının motivləri əsasında yaradılmış bədii tikmələr və süjetli xalçalar nümayiş olunub. Tədbirdə Qara Qarayev adına Mərkəzi incəsənət Məktəbinin uşaq kollektivinin ifasını dinlədikdən sonra şagirdlərimiz muzeyin Elmi-bərpa şöbəsinin təcrübəli əməkdaşı Səkinə Manafova tərəfindən “kitab xəstəliyi” onların bərpası və konvervasiyası mərhələləri barədə məlumatlar əldə ediblər. Ekskursiya və kitab çapının tarixinə səyahətdən sonra xatirə olaraq uşaqlar rəngli kağızlardan əlfəcinlər hazirlayıblar. Şagirdlərimiz Azərbaycan Milli İncəsənət Muzeyindən xoş təəssüratlarla ayrılıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi