Peşə seçimi ilə bağlı yuxarı sinif şagirdləri ilə tədbir keçirildi

Məktəbimizdə 10-11-ci sinif şagirdlərinin ali təhsil ocaqlarının nümayəndələri ilə “Seçiminiz gələcəyinizdir” mövzusunda görüş keçirilmişdir. Məktəbimizin psixoloqu Səbinə Kərimovanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən görüşdə Bakı Slavyan Universitetinin Azərbaycan Ədəbiyyyatı kafedrasının baş müəllimi Nigar Bünyatova, "İdeya Qazandı” işgüzar televiziya verlişinin müəllifi, gənc sahibkar və beynəxalq işgüzar əlaqələr üzrə mütəxəssis Könül Əliyeva iştirak etmişlər."Dəyirmi masa"da şagirdlərin peşələr barədə məlumatlılığı, peşə seçimində fərdin qabiliyyət və bacarığının vacibliyi barədə öncə sorğu aparılmış, sonra isə bu mövzular barədə polemika həyata keçirilmişdir. Tədbirin şagirdlərdə doğurduğu maraq bir daha subut etdi ki, yuxarı sinif şagirdləri ilə belə görüşlərin keçirilməsi önəmlidir.