Tops proqramı çərçivəsində idman festivalı

7 aprel 2017-ci ildə Tops proqramı çərçivəsində məktəbimizdə idman festivalı keçirildi. Tops proqramına aid olan estafet yarışları üzrə hazırlıq keçən altıncı sinif şagirdləri bu festivala qatılmışlar. “Bakı 2017 ” IV islam Həmrəyliyi oyunları əməliyyat komitəsinin sədri Elçin Səfərov, “Bakı 2017 ” IV islam Həmrəyliyi oyunlarının səfiri Hacı Nuran, Milli Olimpiya komitəsinin nümayəndəsi Mehman Kərimov, Tops proqramıları rəhbəri Vəli Musayevin və digər qonaqların da iştirak etdiyi tədbir öz möhtəşəmliyi ilə hər kəsi valeh etdi. Qaliblərin sevinci, qalibiyyəti əldən verənlərin göz yaşları hər kəsi kövrəltdi. Tədbirə yekun vuran məktəbin direktoru qələbəni əldən verənlərə ruhdan düşməməyi tövsiyyə etməklə bərabər, qələbəyə gedən yolun iştirakdan başladığını qeyd etdi. Hər bir iştirakçı əldə etdiyi sertifikat və mötəbər qonaqlar tərəfindən təqdim olunan kuboklara toxunduqca sanki özlərini ən yüksən idman arenalarında iştirak etmiş kimi hiss edirdilər. Bu sevinci bizə yaşadan məktəbimizin fiziki tərbiyə müəllimlərinə, xüsusiylə tədbirin təşkilatçısı Namik Cəfərova təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi