Səbail rayon məktəbləri arasında “Olympic Moves 2017” layihəsi çərçivəsində idmanın badminton və basketbol növləri üzrə rayon birinciliyi keçirilmişdir. Məktəbimizin komandası hər iki idman növündə yalnız finalda məğlub olaraq 2-ci yerə layiq görülmüşdür. Növbəti yarışlarda məktəbimizin komandasına birincilik arzusu ilə onları təbrik edirik.