Novruz şənliyini xəstə və valideyn himayəsindən məhrum olunmuş uşaqlarla bölüşdük. Məktəbdə təşkil edilən bayram şənliyi bir qrup müəllim və şagirdin iştirakı ilə Professor Gindes adına uşaq və yeniyetmələr üçün sümük vərəm sanatoriyası və Valideyn himaysindən məhrum olmuş uşaqlar üçün 2№-li ümumi orta internat məktəbində davam etdirildi. Novruz ənənəsinə sadiq qalaraq bir – birindən gözəl bayram xonçaları balalara ərməğan edildi. Onların sevinci bizim üçün ən böyük Novruz hədiyyəsi oldu.