Əbədiyaşar Ümummilli Liderin anım günü

Əbədiyaşar Ümummilli Liderimizim anım günü hər il olduğu kimi bu il də 189-190 məktəbdə qeyd olundu. Bugünkü ilk dərslərimiz Ulu öndərə həsr olundu.Bütün siniflərdə şagirdlərin səviyyəsi nəzərə alınaraq Ümummilli liderin siyasi fəaliyyəti barədə məlumatlar verildi,video-çarxlar nümayiş etdirildi. Eyni zamanda məktəbin akt zalında yuxarı sinif şagirdlərinin iştirakı ilə ”Sənin yerin görünəcək” adlı ədəbi-bədii kompazisiyanın təşkili reallaşdı.Ulu Öndərin anım günü ilə bağlı məktəbin foyesində təşkil edilmiş guşədə gün ərzində həzin musiqinin müşayiətiylə Əbədiyaşar Öndərə aid slaydlar ,eləcə də” Böyük ömrün dastanı” filmi nümayiş etdirildi. Beləliklə Ulu Öndər bu gün nəinki sagird və müəllimlərimiz, eləcə də valideynlərimiz tərəfindən böyük sevgi və sayqı ilə yad edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi