“Məktəblinin Dostları" na səmərəli və gərəkli fəaliyyətlərində uğurlar diləyirik.
Azərbaycan Respubliksı Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan “Məktəblinin dostu” layihəsi bizim məktəbimizdə də həyata keçirilir. Qısa müddət ərzində həm şagirdlərin həm də valideynlərin həqiqi dostuna çevrilən gənclər məktəbdə sağlam və təhlükəsiz təhsil şəraitinin yaradılması baxımından məktəb rəhbərliyi və pedaqoji kollektivə də dəstəkdirlər.Dostların sinifdənxaric və məktəbdənkənar tədbirlərdə fəallığı xüsusi qeyd olunmalıdır.Bu günlərdə “Məktəblinin dostları”nın sertifikatlarla təqdim olunması mərasimində şagirdlər adından çıxış edən məktəbimizin şagirdləri Əzizəxanım və Validə də onların fəaliyyətindən ürəkdolusu söz açdılar.Dostlara səmərəli və gərəkli fəaliyyətlərində uğurlar diləyirik.