Məktəblərarası təcrübə mübadiləsi

Fəaliyyət planının 1.2.6 və 1.2.10 bəndlərinə əsasən məktəblərarası təcrübə mübadiləsi (səriştəli müəllimlərin nümunəvi dərslərinin təşkili) və pedaqoji heyətin davamlı peşəkar inkişafının təmin edilməsi məqsədiylə şəhərimizin 189-190, 6, 7, 18, 49, 91 nömrəli məktəblərinin rəhbərləri müxtəlif fənlər üzrə müəllimlər tərəfindən nümunəvi dərslərin təşkil edilməsini və bu dərslərdə digər məktəblərin müəllimlərinin iştirak etməsi-təcrübələrini paylaşmasını qərara almışlar.Artıq bu layihə üzrə 189-190, 7,18 nömrəli məktəblərdə nümunəvi dərslər təşkil edilmiş, dərslərdən sonra bütün müəllimlərin və bütün məktəb rəhbərlərinin iştirakı ilə dərslər təhlil olunmuşdur. Bu gün layihənin növbəti mərhələsi 6 N-li məktəbdə davam etdirilmişdir.Dərslərin təhlili zamanı səriştəli müəllimlərin öz həmkərlarının dərslərindəki müsbət, dəyərli cəhətləri təqdir etmələri , bəzi məqamlar barədə isə tövsiyə və ya məsləhət vermələri bütün iştitakçıların gələcək pedaqojı fəaliyyəti üçün çox önəmlidir. Bu layihənin ən xoşagələn cəhətlərindən biri də müəllimlərin öz həmkarlarında qüsur tapmaq yox, öyrənmək istəyi ilə dərslərdə iştirak etməsidir.Adı çəkilən məktəblərin rəhbərlərinin təşəbbüsü ilə gerçəkləşən bu layihənin pedaqoji kadrların peşəkarlıq səviyyəsinin yüksəlməsində əvəzsiz rolu olacağına əminik.