Məktəbimizdə 5 mart Bədən tərbiyəsi və idman günü qeyd olunur

İslam aləmində özünəməxsus mövqeyə malik Azərbaycanın mövcud potensialı və gerçəkləşdirdiyi genişmiqyaslı müasir infrastruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün əlverişli zəmin yaradır.Uğurla başa çatmış ilk avropa oyunlarının ardınca eyni məkanda növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların keçirilməsi Azərbaycan Respublikasının tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olmaqla yanaşı, onun idman şöhrətini artıracaq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcəkdir.Belə bir mötəbər tədbir barədə şagirdləri maarifləndirmək məqsədiylə məktəbimizdə tədbir keçirildi.Tədbirdə IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat komitəsinin direktoru Elçin Səfərov , IV İslam Həmrəyliyi Oyunlarının könüllülər təşkilatının meneceri Ülviyyə Abbasova və IV İslam Həmrəyliyi Oyunlarının səfiri Tünzalə Ağayeva iştirak etdilər.Yüksək səviyyədə keçən tədbirdə barədə IV İslam Həmrəyliyi Oyunlarının təşkili barədə ətraflı məlumat verildi, şagirdlərin çoxsaylı sualları qonaqlar tərəfindən cavablandırıldı.Tədbir Tünzalə Ağayevanın şagirdlərlə bərabər ifa etdiyi Azərbaycan melodiyas ilə başa çatdı. Belə tədbirlər şagirdlərin vətənpərvərlik tərbiyəsində müstəsna rol oynayır.