1 Mart - Ümumdünya Mülki Müdafiə Günü məktəbimizdə qeyd olundu

1 Mart - Ümumdünya Mülki Müdafiə Günü Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş və hər il kütləvi humanitar tədbir kimi bir çox müəssisələrdə, eləcə də bizim məktəbimizdə qeyd olunur.Məktəb kollektivinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində kollektivin hazırlığını təmin etmək məktəb mülki müdafiə qərargahının qarşısında bir nömrəli vəzifə kimi durur. Məhz elə bu məqsədlə də bu günlərdə məktəb rəhbərliyinin təşəbbüsü ilə Səbail rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Nazir Əkbərov məktəbə dəvət edilmiş və pedaqojı kollektivə fövqəladə hallardan mühafizə sahəsində maraqlı videoçarxların nümayiş etdirilməsi ilə ətraflı məlumat vermişdir.Bu gün bütün siniflərdə fövqəladə hadisələr baş verən zaman onun qarşısının alınması, həmçinin fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılması, belə hadisələr baş verəcəyi hallarda (şagirdlərin) insanların həyatı təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə ilk növbədə hansı addımların atılması barədə şagirdlərə ətraflı məlumat verilmiş, çoxsaylı videoçarxlar nümayiş etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi