Məntiq olimpiadasının final mərhələsi iştirakçılarının mükafatlandırılması

2016-2017-ci tədris ilində BŞTİ-yə tabe ümumtəhsil məktəblərinin 5 və 6-cı sinif şagirdlərinin iştirakı ilə “Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası” təşkil olunmuşdur. Tədris ilinin sonunda olimpiadanın təntənəli bağlanış mərasimi keçirilmiş və qaliblər mükafatlandırılmışlar. Olimpiadanın final mərhələsinə vəsiqə qazanmış şagirdlər də BŞTİ rəhbərliyinin diqqətindən kənarda qalmamış, onlar da sertifikatlarla mükafatlandırılmışlar. Məktəb rəhbərliyi tərəfindən final mərhələsinə yüksələn şagirdlərimizə bu gün sertifikatlar təntənəli şəkildə təqdim olunmuşdur. Sertifikatların təqdimat mərasimində yuxarı sinif şagirdləri, eləcə də Məktəblinin Dostları da iştirak etmişlər.Bu kimi tədbirlərin məktəblilər arasında şagirdlərin məntiqə olan marağını artırmaqla bərabər, onların məntiqi təfəkkür və düşüncə tərzinin, şəxsi keyfiyyətlərinin formalaşmasına, diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərəcəyinə əminik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi