Od çərşənbəsini qeyd edirik

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili Dəyərə Çevirək” devizi altında həyata keçirilən ekoloji layihənin icrası artıq 2–ci həftədir ki, məktəbimizdə həyata keçirilir.Bahar – paklığın, təmizliyin, ülviliyin, gözəlliyin rəmzidir. Novruzun şanlı nişanələrindən, onun icrası ilə bağlı olan adət - ənənələrindən biri də bayrama təmizliklə başlamaqdır. Belə bir vaxtda məktəbimizin şagirdləri bu layihəyə həvəslə qoşulublar. Bu gün – “Od çərşənbəsi” günündə şagirdlərimiz çox fərqli şəkildə bu işi davam etdirdilər.Məktəbin II sinif şagirdləri texnologiya dərsində düzəltdikləri quş yuvalarını IX sinif şagirdlərinin köməyi ilə məktəbyanı sahədəki ağaclardan asdılar. Axı baharın gəlişini bizə ilk öncə quşlar xəbər verir. Biz də baharın elçiləri olan quşları rəngarəng yuvalarla sevindirmək istədik.8f sinif şagirdləri isə məktəbin foyesində təmizlik işləri apardılar, dibçəklərə qulluq etdilər. Növbəti çərşənbələrdə də bu layihə uğurla davam etdiriləcək.Dədəmiz Qorqud demişkən: - “Nurlu olsun, Baharımız!”
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi