Xocalı harayı adlı ədəbi-bədii kompozisiya keçirildi

Məktəbimizdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı anım tədbiri keçirildi. YAP Səbail rayon təşkilatının iştirakı ilə keçirilən tədbirdə partiya təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, partiya təşkilatının İdarə Heyəti və Rayon Şurasının üzvləri və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər.Məktəbin direktoru Ceyran Kuliyeva tədbiri açıq elan edərək, qeyd etdi ki, tədbirin əsas məqsədi tarixi qan yaddaşımıza həkk olunmuş Xocalı soyqırımı həqiqətlərinin məhz gənc nəslin nümayəndələrinin, məktəblilərin dilindən səsləndirilməsi və bu faciəvi hadisələrdən gələcəyimizin təminatçısı olan uşaqlarımızın ibrətamiz dərslər çıxarmasıdır.Sonra məktəb şagirdlərinin ifasında Xocalı soyqırımı qurbanlarına həsr olunmuş və bu faciənin səbəbkarı olan erməni cinayətkarlarını ifşa edən təsirli ssenari əsasında qurulmuş ədəbi-bədii kompozisiya nümayiş olundu.Çıxış edən Şəmsəddin Hacıyev gənc nəslin təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda böyüdülməsi və Azərbaycan tarixinin dərindən öyrənilməsində bu səpkili tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladı. Azərbaycan tarixinin ən hüzünlü səhifələrindən biri olan Xocalı soyqırımının yalnız azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı törədilmiş cinayət aktı olduğunu qeyd edən deputat hələ də etnik zəmində törədilmiş bu dəhşətli qətliam haqqında beynəlxalq hüquq müdafiəçilərinin susmasının təəssüf doğurduğunu bildirdi. O qeyd etdi ki, ölkəmizdə xalq-iqtidar-ordu birliyi o qədər güclü olmalıdır ki, biz Ali Baş Komandanın bir əmri ilə torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olaq. Aprel hadisələri göstərdi ki, Azərbaycanın elə bir güclü, qüdrətli ordusu var ki, biz iki həftə ərzində nəinki Qarabağı, əzəli torpaqlarımızı da qaytara bilərik, Azərbaycan bayrağını İrəvanda da sanca bilərik. Məhz elə buna görə də, gənclərimiz vətənpərvər, sağlam, bilikli, Vətəni ləyaqətlə təmsil etməyi bacaran vətəndaş olmalıdirlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi