Məktəbimiz iməcilikdə

Ulu öndərin anadan olmasının 92-ci ildönümü və faşızm üzərində qələbənini 70-ci ildönümü ərəfəsində Təhsil Nazirinin müvafiq əmrinə əsasən təhsil ocaqlarında iməciliklər keçirilmişdir. Mayın 9-da keçirilən iməcilikdə məktəbimizin pedaqojı kollektivi ilə bərabər V-XI sinif sagirdləri də iştirak etmişlər.İməcilikdə iştirak edənlərin bir qismi məktəbin həyatyanı sahəsində təmizlik işləri aparmış, bir qismi məktəbdə aparılan əsaslı təmirlə bağlı silinmiş inventarların təsərrüfat müdirinin rəhbərliyi ilə araşdırılması ilə məşğul olmuş, bir qismi kitabxanada yararsız və silinmiş ədəbiyyat və dərsliklərin makulaturaya təhvil verilməsi üçün qablaşdırılmasına yardım etmişlər.