Mənim ana dilim

Məktəbimizdə Beynəlxalq Ana dili Gününə həsr olunmuş “Mənim ana dilim” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qənirə Əmircanovanın təşkilatçılığı ilə X sinif şagirdləri tərəfindən hazırlanıb. Ulu Öndər Heydər Əliyevin ana dili haqqında dəyərli fikirlərinin səslənməsi ilə başlayan tədbirin təşkilində başlıca məqsəd şagirdlərə dilimizin millətimzin varlığının əsas göstəricilərindən biri olmasını, ana dilinin xalqın milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlamasını təbliğ etməkdən ibarətdir. Onuncular tərəfindən realist dramaturgiyanın banisi C.Məmmədquluzadənin “Anamın kitabı” əsəri əsasında hazırlanan səhnəcik tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. ”Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” devizi ilə davam etdirilən ədəbi-bədii kompozisiyanı B.Vahabzadə, X.R.Ulutürk, Z.Yaqubun şeirləri və ana dilimizə həsr olunmuş musiqilər daha da zənginləşdirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi