“Çərşənbə iməcilikləri”

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili Dəyərə Çevirək” devizi altında həyata keçirilən ekoloji layihələrdən biri də “Çərşənbə iməcilikləri”nin təşkilidir. Artıq bu gündən bizim məktəbdə bu tədbirə - iməcliyə start verildi.Milli Novruz bayramına xas adət ənənələrdən olan bayram ərəfəsində təmizlik işlərinin həyata keçirilməsinə məktəbimizin VI və VIII sinif şagirdlərinin həyətyanı sahənin təmizlənməsi, ağac və gül kollarının dibinin bellənməsi ilə başlanıldı. Son günlərdə yağan qar günəşin hərarətiylə torpağı yavaş–yavaş islatsa da şagirdlərimiz bu çərşənbənin su ilə bağlılığını unutmadan torpağı, ağacların, gül kollarının dibini sulamışlar.Növbəti çərşənbələrdə iməcliklərin daha çox şagirdi əhatə edəcəyi bugünkü tədbirə qatılmayan digər şagirdlərin iməcliyə qatılmaq həvəsindən bəlli idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi