“Ekoloji aylıqlar” layihəsi çərçivəsində fəaliyyətimiz davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili Dəyərə Çevirək” devizi altında “Ekologiya və Sağlamlıq”istiqamətində “Ekoloji aylıqlar” layihəsinə start verilib. Bu layihə çəriçəvəsində məktəbimizdə silsilə tədbirlər həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq sayəsində bu gün məktəbimizdə “Ekologiya və sağlamlıq” mövzusunda konfrans keçirildi. Konfransda iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının – Əkbər Əsgərov (Milli Hidrometrologiya şöbəsi), Mehriban Mirhəsənli (Ekoloji təbliğat şöbəsi); Leyla Əliyeva (Ekologiya və Təbiətin mühafizə siyasəti şöbəsi); Xəyalə Quliyeva (Ətraf mühit üzrə milli monitorinq şöbəsi); Elşən Məcidov (Qoruqlar departamenti) hazırladıqları videoçarxlar və şagirdlərin xüsusi diqqətlə dinlədikləri maraqlı məlumatlar məktəblilərin ekologiya sahəsindəki bilgilərinin artmasına kömək etdi.Məktəb rəhbəri tərəfindən tədbirdə iştirak edən şagirdlərin ana dili dərslərində mövzu ilə bağlı esse yazma tapşırığı və ən yaxşı nəticə göstərən siniflərin “Şirvan Qoruğu”na ekskursiyasının təşkil ediləcəyi barədə məlumatı şagirdlərin tədbirə olan diqqət və marağını daha da artırdı. Sonda mövzu ilə bağlı qonaqlar tərəfindən verilən sualları düzgün cavablandıran fəal şagirdlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim edilən hədiyyələrlə mükafatlandırıldılar.Məktəbin foyesində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim olunan plakatlar, broşür və kitablardan ibarət sərgi də təşkil edildi.Bu aylıq çərçivəsində biologiya müəllimi Adil Cəfərov VII sinif şagirdləri ilə “Azərbaycan tarixi” muzeyinə ekskursiya təşkil etmiş, muzeydə şagirdlər Azərbaycan tarixi və etnoqrafiyası, mədəniyyəti barədə maraqlı məlumatlar əldə etmişlər. Hazırda məktəbimizin yuxarı sinif şagirdləri arasında “Azərbaycan tarixi və etnoqrafiya”sı kiçik elmi iş mövzusunda müsabiqə elan olunmuşdur. Ayın sonunda bu nominasiya üzrə ən maraqlı araşdırma müəllifi mükafatlandırılacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi