Ana dili Gününə həsr edilmiş tədbirin təşkili

21 Fevral Ana dili Günü münasibəti ilə məktəbimizdə Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Yusubovanın təşkilatçılığı ilə “O kitabı tapın” adlı tədbir keçiirildi.Tədbirdə Azərbaycan filmlərindən göstərilmiş fraqmetnlər əsasında şagirdlər bir çox obrazları canlandıraraq “itən kitabın axtarışına” çıxdılar. Vətənpərvər, öz dilini sevən və onu qoruyan obrazı canlandıran şagirdin səhnəyə çıxması ilə kitabın oğurlanma səbəbi açıqlandı. Tədbirin keçirilməsində məqsəd dilimizi yabançı sözlərdən, yad ünsürlərdən qorumaq, onun zənginliyini, möhtəşəmliyini, rəngarəngliyini şagirdlərimiz arasında təbliğ etməkdən ibarət idi. Ədəbiyyatımızın incilərindən sayılan bəzi nümunələrin şagirdlərimizin ifasında səslənməsi tədbirin əsas qayəsini bir daha təsdiq etdi. Ana dilimizə aid maraqlı fikirləri özündə əks etdirən videoçarxın nümayişi və Müslüm Maqomayevin ifasında “Azərbaycan” mahnısının səslənməsi tədbirə xüsusi rəng qatdı.