Ulu öndər Heydər Əliyevin irsini öyrənirik

Məktəbimizdə Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar XI sinif şagirdləri üçün tədbir keçirildi. Məktəbin Heydər Əliyev Muzeyində keçirilən tədbirdə tarix müəllimi Lalə Məmmədova məruzəçi kimi çıxış etdi. Eyni zamanda məktəbin direktor Ceyran Kuliyeva tədbirdə dünyanın görkəmli siyasətçilərinin Heydər Əliyev haqqında fikirləri ilə bağlı muzeyin ən maraqlı eksponatının-stendini təqdim etdi. Maraqlı slaydlara həm direktorun, həm də onbiricilərin öz fikir və mülahizələrini bildirmələri dahi şəxsiyyət olan Ulu öndər barədə şagirdlərimizin yetərincə məlumatlı olmasından, bu mövzuya xüsusi həvəs və maraq göstərmələrindən xəbər verdi.Tədbirə yekun vuran Ceyran Kuliyeva bu görüşdən sonra hər bir iştirakçının dahi şəxsiyyət Heydər Əliyeva olan əvəzsiz sevgisinin bitib tükənməyəcəyinə əminliyini bildirdi. Onbiricilərin Ceyran Kuliyevanın Ulu öndərlə bağlı şəxsi xatirələrini dinləmək arzularını direktor müsbət dəyərləndirdi və bu mövzu ilə bağlı yaxın zamanlarda yeni bir görüşün keçiriləcəyinə söz verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi