Məktəbdə növbəti bilik yarışı keçirildi

Şagirdlərin intellektual və elmi səviyyəsinin yüksəldilməsində bilik yarışlarının rolu əvəzsizdir.Məktəbimizdə keçən ilin məzunlarının təşkilatçılığı ilə təşkil edilən “Xəmsə” Milli İntellektual oyunu keçirildi. Yarışın qaydalarına əsasən oyuynda 4 komanda iştirak edirdi. Komandaların tərkibi əsasən X və XI sinif şagirdlərindən ibarət idi. Oyun ərzində bütün komandalar əzmkarlıqla mübarizə apardılar. Kənan Orucovun aparıcılığı oyuna xüsusi rəng qatırdı. Bütün komandalar yaxşı nəticə göstərsə də, sonda XI A sinfinin komandası fərqləndi və qalib gəldi. Qeyd etmək istərdik ki, keçən ilki oyunda da bu komanda fərqlənmiş və qələbə qazanmışdı. ”Ən yaxşı oyunçu” adını isə XI B sinif şagirdi Fikrət Zeynallı qazandı.Yarışda Məktəblinin dostları da iştirak etmiş və “Ən yaxşı oyunçu” nominasiyası üzrə seçim onların rəyinə əsasən müəyyənləşmişdi.Məktəbdə təşkil edilən “Xəmsə” intellektual oyunu tədbirə qatılan bütün şagird və müəllimlər tərəfindən maraqla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi