Balaca Məltəmin gələcək uğurlarına inanırıq

Məktəbimizin 1 sinif şagirdi Məltəm Quliyeva 2013-cü ildən Bədii Gimnastika məktəbində bədii gimnastika idman növü ilə məşğul olur. Məltəmin ilk diplomu Bədii Gimnastikaya olan vurğunluğu və əməkseverliyinin bəhrəsi kimi qəbul edilməlidir. Məltəm 2015-ci ildə Təhsil Nazirliyi tərəfindən Heydər Əliyevin xatirəsinə həsr edilmiş idman yarışında, eləcə də, “1-ci Açıq Təhsil Kubokun"dakı çıxışına görə idman aləmində vacib və uğurlu nəticə sayılan birinci beşlik arasında qalib olub. 2016-cı ildə də Məltəm gimnastika sahəsində bir sıra uğurlara imza atıb. Gənclər və Idman Nazirliyi və Təhsil Nazirliyinin keçirdiyi "Açıq Təhsil Kubokun"da I yerə və "Təhsil Kubokuna" layiq görülüb. Bakı Birinciliyində Alətsiz və Alətlə çıxışına görə II yerlə təltif olunub, BQM-də keçirilən Məktəb Birinciliyində iştirakına görə diploma layiq görülüb. Hazırda Bədii Gimnastika üzrə seçim turundan uğurla keçən Məltəm peşəkar məşqçilərin ciddi iş nəzarəti altında milli komandada çalışır. Yaşının az olmasına baxmayaraq idmançı dözüm və gücünü səfərbər edərək qarşıda onu gözləyən yeni yarışlara, uğurlara inanır və qalibiyyəti səbirsizliklə gözləyir. Bu yolda balaca Məltəmə böyük uğurlar diləyirik!