“Məktəblinin Dostu” layihəsi çərçivəsində "Məktəblərarası Dama Çempionatı"

Məktəbimizdə “Məktəblinin Dostu” layihəsi çərçivəsində "Məktəblərarası Dama Çempionatı" keçirilib.7 saat davam edən 29 məktəbin iştirak etdiyi çempionata məktəbimiz ev sahibliyi edib. Yüksək səviyyədə təşkil olunan və iştirakçılar arasında hətta qrosmeyster, usta dərəcəli dama oyunçuları olan çempionata maraq böyük olduğundan şagirdlərə dəstək üçün müəllimlər, valideynlər və 29 məktəbin “Dostları” tədbirə qatılıblar. Çempionata beynəlxalq dərəcəli dama ustası Elşad Mürsəlov hakimlik edib. Gərgin keçən yarışın nəticələrinə əsasən 117 nömrəli məktəb III, 189-190 nömrəli məktəb II, 5 nömrəli məktəb isə I yerə layiq görülüblər. Çempionatın keçirilməsində əsas məqsəd şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məktəblər arasında əməkdaşlıq və dostluq əlaqələrinin gücləndirilməsi və stolüstü idman növlərinin inkişafını təmin etmək idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi