Faşizm üzərində qələbənin 70 illiyini qeyd edirik!

08 may 2015–ci il 189-190№–li tam orta məktəbdə faşizm üzərində qələbəyə həsr edilmiş möhtəşəm tədbir keçirildi. Tədbirdə Böyük Vətən Müharibəsində iştirak etmiş minlərlə qəhrəman azərbaycanlılardan biri Ağakişiyeva Ədilə xanım və Azərbaycanın qəhrəman oğlu, Yuqoslaviyada faşistlərlə mübarizə aparmış Mehdi Hüseynzadənin bacısı oğlu Əlizadə Hənifə Əliqulu oğlu da iştirak etdi. Müharibədə əldə olunmuş qələbədə Azərbaycan və azərbaycanlıların fədakarlığından söz açan hər iki natiqin maraqlı məlumatları şagirdlər tərəfindən rəğbətlə qarşılandı. Dərsliklərdən tanış olduqları məlumatların veteran və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin ailə üzvünün dilindən səslənməsinin təbii ki, gənclərdə vətənpərvərlik ruhunun daha da formalaşmasına təsiri şübhəsizdi.