“Sağlam gələcək uğrunda” adlı tədbir

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib. Leopold və Mstislav Rostropoviçlərin Ev-muzeyi hər il yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkil olunması, narkomanlığın ziyanları barədə insanları məlumatlandıraraq sağlam həyat tərzinin təbliği, antinarkotik dünyagörüşünün formalaşdırılması üçün maarifləndirici tədbirlər keçirdir. Ənənəyə sadiq qalaraq bu ildə Ev-muzeyində  “Sağlam gələcək uğrunda” adlı tədbir keçirilmişdir. Tədbirdə 189-190№ - li tam orta məktəbin yuxarı sinif şagirdləri və pedaqoji kollektiv üzvləri də iştirak etmişlər. Qurtuluş Reabilitasiya Mərkəzi”nin rəhbəri və ekspertləri, “CAN Psixoloji bərpa Mərkəzi”nin klinik psixoloqu gəncləri və yeniyetmələri pis vərdişlərdən uzaq durmağa, asudə vaxlarını səmərəli təşkil edərək idmanla, musiqi və digər səmərəli işlərlə məşqul olmağa çağırıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi