"UŞAQ HÜQUQLARI AYLIĞI" KEÇİRİLDİ

20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı”nın əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü və 20 noyabr- Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Bu aylıq çərçivəsində bizim məktəbimizdə də uşaq hüquqlarının qorunması mövzusunda bir sıra maarifləndirici tədbirlər, “Dəyirmi masa”, treninq-seminar keçirilmiş, divar qəzetləri hazırlanmışdır.

Həyata keçirilən tədbirlərdə “Uşaq hüquqları aylığın”ın hər il bizim ölkəmizdə də qeyd olunması şagirdlərin nəzərinə çatdırılmış, uşaqların problemlərinin həllinin, onların hüquqlarının qorunmasının ölkəmizdə ən aktual məsələlərdən biri olduğu qeyd edilmişdir. Məhz bu səbəbdən BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrasının təmin edilməsi istiqamətində məktəbimizin bir çox siniflərində qrup halında müzakirələr və mütaliələr keçirilmiş, sinif rəhbərləri tərəfindən sinif təşkilat saatlarında şagirdlərlə söhbətlər aparılmışdır. Həmçinin şagirdlərimiz “Uşaq hüquqları uşaqların gözü ilə” mövzusunda divar qəzetləri və plakatlar hazırlamışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi