“Ayın ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibiyik

Məktəbimiz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri arasında keçirilən “Ayın ən yaxşı məktəb saytı” müsabiqəsi üzrə yanvar ayının qalibi seçildi. “Ayın ən yaxşı məktəb saytı” müsabiqəsi ümumi təhsil müəssisələrinin işinin ictimaiyyətə daha operativ çatdırılması və məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə keçirilir.Qeyd edək ki, müsabiqə çərçivəsində məktəb saytlarında yerləşdirilən xəbərlərin, eləcə də məktəbə aid digər məlumatların yenilənməsi və dolğunluğu mütəmadi olaraq izlənilir. Qalib müəyyənləşdirilərkən əsasən, səlis və müvafiq tələblərə uyğun xəbərlərlə zəngin məktəb saytlarına üstünlük verilir. Eyni zamanda, məktəb saytlarının digər bölmələrinin də müvafiq qaydalara uyğun tərtib olunması əsas meyarlardandır.