Növbəti uğurumuz

Məktəbimizin 2 a sinif şagirdi Raul Səfərəliyev və 9 b sinif şagirdi Fərid Ağayev 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate üzrə beynəlxalq yarışda I yerə layiq görülüblər. Hər iki gənc idmançı həm fərdi, həm də komanda şəklində yarışlarda ən yüksək nəticə göstəriblər. Qalib şagirdlərimizi səmimi qəlbdən təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq. Əminik ki, onlar gələcəkdə Azərbaycan bayrağını müxtəlif beynəlxalq yarışlarda qürurla dalğalandıracaqlar.