Narkomaniyaya yox deyək,gələcəyimizi birlikdə düşünək.

09/06/2023 cü il tarixdə 189-190 nömrəli tam orta məktəbdə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda keçirilən tədbirdə Səbail rayon RPİ-nin şəxsi heyəti üzrə köməkçisi polis mayoru Nuru Həsənov,Səbail rayon RPİ-nin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi, polis baş leytenantı Emin Bağırzadə, Səbail RPİ-nin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşları iştirak etmişlər. Tədbir iştirakçılarının hər biri narkomaniya və onun fəsadları barədə ətraflı məlumat verdilər. Narkotik ümumbəşəri bəladır. Narkomaniyaya yox deyək,gələcəyimizi birlikdə qoruyaq.