4 F sinif şagirdləri ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində ekskursiya keçirilib
4 F sinif şagirdləri ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar sinif rəhbəri İsmayılova İlahənin iştirakı ilə Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya etmişlər.Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyinin binasının özü də,tarixindən xəbər verən daş abidə kimi qiymətlidir.Ona görə də, buraya bəzən “muzey içində muzey” də deyirlər. Muzeydə 300 mindən çox maaddi-mənəvi mədəniyyət nümunələri var ki,bunlar 6 bölmədə qorunur. Muzeydə daşdan düzəldilmiş əmək alətləri,misdən və dəmirdən hazırlanmış məişət əşyaları zərgərlik nümunələri,150 mindən çox sikkə və əskinazlar qorunub saxlanılır. 2007-ci ildə Muzeyin binasında məşhur mesenat Hacı Zeynalabdin Tağıyev və onun ailəsinə həsr olunmuş memories muzey otağı təsis edilib. Burada orijinal mebel və Tağıyevin əşyaları qorunub saxlanılır. Şagirdlərin sonsuz marağına sahib olan bütün bunlar azərbaycançılıq məfkurəsinin uğurla təbliğinə bariz nümunədir.