20 Yanvar - Ümumxalq hüzn günüdür

Məktəbdə “20 Yanvar- Ümumxalq hüzn günüdür” adlı ədəbi-bədii tədbir keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Pərvanə Səfərəliyeva və tarix müəllimi Firuzə Məmmədlinin təşkilatçılığı ilə hazırlanan ədəbi-bədii kompozisiya maraqla qarşılandı. Tədbirdə şəhid qızı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Məsməxanım Aslan qızı Ağaverdiyeva və Milli Konservatoriyanın tələbəsi Elşən Məmmədov da iştirak edirdi. Məsməxanım Aslan qızı tədbirin sonunda çıxış edərək atası Aslan Ağaverdiyevlə bağlı kövrək xatirələrini danışdı. O, bir şəhid ailəsi adından mənalı tədbirə görə məktəbin rəhbərliyinə və şagirdlərə təşəkkür etdi. Tədbir Elşən Məmmədovun ifasında "Türkün bayrağı" musiqisinin sədaları ilə başa çatdı.