Məktəbimizin 7-ci sinif şagirdi “Mikroorqanizmlər uşaqların gözü ilə” adlı mövzuda keçrilərək müsabiqədə 2-ci yerə layiq

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutu “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə “həsr olunmuş III Respublika müsabiqəsi keçirilmişdir.Layihə müasir təhsil sisteminin əsas strateji məqsədlərini nəzərə alaraq təşkil edilmişdir. 

Məktəblilər arasında “Mikroorqanizmlər uşaqların gözü ilə” adlı mövzuda keçrilərək müsabiqədə Respublikamızın ümumtəhsil məktəb və liseylərində təhsil alan V-XI sinif şagirdləri mikroorqanizmlərin (bakteriya və göbələklər) ekologiyası, təbiətdə və insan həyatında rolu, quruluşu, xeyirli və zərərli təsirlərinə və digər xüsusiyyətlərinə həsr olunmuş əl işləriylə (rəsm, maket, tikiş, heykəl) iştirak etmişlər.

Müsabiqəyə təqdim edilmiş işlər münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.Məktəbimizin 7ci sinif şagirdi Namazova Mələk II yerə layiq görülmüş,diplom və pul mükafatı almış,həmçinin məktəbin Biologiya müəllimi Nərimanova Elnarə diplomla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi