7D sinif şagirdləri Maqsud İbrahimbəyovun ev muzeyi ilə tanış oldular

                   “İnsanlar oxumayanda düşünə bilmirlər”

Bu şüar altında 7D sinif şagirdləri,rus dili və ədəbiyyat müəllimi Orduxanova Nüşabə  ilə birlikdə dərsdənkənar məşğələ çərçivəsində məlumatlandırıcı dərs keçdilər. Bununla əlaqədar “Mədəniyyətin ürəyi” adlandırılan İçəri Şəhərdə yerləşən, Heydər Əliyev fondunun dəstəyi ilə yaradılan, Azərbaycan xalq artisti, ssenarist, dramaturq , kinorejissor  Maqsud İbrahimbəyovun incəsənət mərkəzinə ekskursiya etdilər. Maqsud İbrahimbəyovun  həyat yoldaşı  Anna İbrahimbəyova ilə görüş zamanı şagirdlər “Hər yaxşılığa görə ölüm” adlı hekayəni müzakirə etdilər. Şagirdlər çoxlu muzey eksponatları və yazıçının həyat hekayəsi ilə tanış oldular. Sonda uşaqlara xatirə olaraq kitablar təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi