Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş“Ən yaxşı təqdimat” müsabiqəsinin təqdimat mərasimi
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş“Ən yaxşı təqdimat” müsabiqəsinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin təhsilin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini, təhsil sahəsinin cəmiyyətdə rolunu və əhəmiyyətini yüksək qiymətləndirdiyini xatırladıb. Təhsil naziri qalibləri təbrik edərək, onlara uğurlar arzulayıb.
Məktəbimizin XI sinif şagirdi Müjgan Güvəndikli II yerə layiq görülərək qaliblər sırasında olmuşdur. Uğurlarımız davamlı olsun.!