Heydər Əliyevin anadan olmasının 100-cü ilinə həsr edilmiş silsilə tədbirlər

Ulu Öndərin zəngin siyasi irsinin gənc nəsilə öyrədilməsi işinin daha da gücləndirilməsi məqsədilə Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunmuş şeir, rəsm müsabiqəsi və bilik yarışması keçirilmişdir. Məktəbimizin tarix müəllimi Lalə Məmmədova tərəfindən  təşkil edilmiş bilik yarışmasında  IX və X sinif şagirdlərindən ibarət “Şuşa”, “Vətən”, “Qarabağ”, “Xarı bülbül” komandaları iştirak edirdi. İki raunddan ibarət olan bilik yarışmasında Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən otuz sual,videoçarx və musiqilər səsləndirilmişdir. Münsiflərin qərarına əsasən “Şuşa” komandası I yerə, ”Xarıbülbül” komandası II yerə,” Vətən”komandası isə III yerə laiq görülmüşdür. Bilik yarışmasının komandaları, şeir və rəsm müsabiqəsinin qalibləri diplomlarla təltif edilmişdir. Həyatını xalqına həsr edən, milli-mənəvi dəyərlərimizə sahib çıxan böyük vətənpərvər Heydər Əliyevin zəngin irsi daim gənclərimiz üçün örnək və ilham mənbəyi olmalıdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi