20 Yanvar şəhidlərini ziyarət edirik

20 Yanvar faciəsi Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Bu tarix xalqımız tərəfindən daim müstəqillik və qəhrəmanlıq rəmzi kimi anılır. Qəhrəmanlıq və qürur tariximiz olan 20 Yanvar faciəsindən 27 il keçir. Bu gün xalqımızın qan yaddaşında əbədi yaşayacaq Ümumxalq Hüzn Günü kimi qeyd edilir. Bütün Azərbaycan ictimaiyyəti 20 Yanvar qurbanlarının əziz xatirəsini yad edir. O cümlədən, təhsil müəssisələrində Ümumxalq hüzn gün ilə bağlı bir sıra tədbirlər, əbədi-bədii gecələr keçirilir. Artıq məktəbimizin şagirdlərinin Şəhidlər Xiyabanına ziyarəti başlayıb. Şagirdlərimiz vətən oğullarının əziz xatirəsini yad edir, onların məzarları üzərinə tər qərənfillər düzürlər. Ulu öndərimiz Heydər Əliyev: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bizim xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları var. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.