İngilis dili aylığına həsr olunmuş tədbir

Fevral ayından Teeneagle Beynəlxalq İngilis dili Olimpiadası fəaliyyətə başlamışdı. Bu olimpiadada məktəbimizin 34 şagirdi iştirak edərək ən yüksək nailiyyətləri əldə etdilər.

Aprel ayında 189-190 saylı tam orta məktəbdə ingilis dili aylığı keçirildi. Məktəb rəhbərliyi dərs dinləmələrdə, “ Conversation Club “ ingilis dili dərnəyinin fəaliyyətində iştirak etdi. Sonda isə 26.04.2023- cü il tarixində ingilis aylığının yekun tədbiri keçirildi.

Tədbirə Teeneagle Beynəlxalq Olimpadasının Azərbaycandakı təmsilçisi Yaşar müəllim , ELC müəllimi Həmid Adjobola dəvət olunmuşdu. Tədbiri metodbirləşmə rəhbəri Teymurova Yeganə açıq elan edərək, olimpiada iştirakçılarını səhnəyə dəvət etdi. Sertifikatlar Yaşar müəllim tərəfindən təqdim olundu.

Qaliblərimiz

1) 7- ci sinif şagirdləri Quliyeva Nigar və Zərbəliyeva Asya – 3 qızıl medal və Londonda final mərhələsində iştirak etmək hüququ qazanıb

32 şagird isə gümüş və bürünc medallar qazanaraq möhtəşəm nəticə göstərmişdilər.

Tədbirdə həmin şagirdlərin valideynləri də iştirak edirdi.

Tədbirin əsas hissəsi Heydər Əliyevin 100 illiyi münasibətilə möhtəşəm təqdimatla başlanıldı. 7-ci sinif şagirdi , olimpiada qalibi Nigar Quliyeva Heydər Əliyev haqqında çox maraqlı çıxış etdi. Tədbirin əsas mövzusu zorakılıq və güc tətbiq etməyə - bullinqə həsr olunmuşdu. Məktəbin şagirdləri həm mahnılarda, həm səhnəciklərdə bu mövzuya toxundular.

Tədbirin sonunda Fayaz Hüseynov ingilis dili kafedrasının bütün müəllimlərinə, tədbirin təşkilatçı və iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi