5 Mart - Bədən Tərbiyəsi və İdman Günü həftəsinə həsr olunmuş tədbirlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 02/TQÇ-7-99 nömrəli məktubuna əsasən Elm və Təhsil Nazirliyi tərəfindən təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində məktəbimizdə davamlı və məqsədyönlü işlər aparılır.

Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində 27 fevral – 3 mart 2023-cü il tarixlərində məktəbimizdə idman həftəsinin keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Qeyd olunanlarla əlaqədar məktəbimizdə tərtib edilmiş proqrama əsaslanaraq həftə ərzində şagirdlərin iştirakı ilə mövcud qaydalara uyğun gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, müsabiqələr, yarışlar, görüşlər, mükafatlandırma və digər tədbirlər təşkili olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi