Bebras İnformatika Müsabiqəsində iştirakımız

Bebras İnformatika Müsabiqəsi beynəlxalq Bebras təşəbbüsünün ərsəyə gətirdiyi bir müsabiqədir. Müsabiqənin əsas məqsədi oyunlar və əyləncə xarakterli məsələlərlə İnformasiya Texnologiyaları və Kompüter Elmləri sahəsinə şagirdlərin marağını oyatmaqdır. Müsabiqəyə təqdim olunan məsələlər elə formada tərtib olunur ki, şagirdlərdən xüsusi biliklər (proqramlaşdırma, dərin riyazi biliklər, alqoritmləşdirmə və s.) tələb olunmasın. Elə müsabiqənin əsas məqsədi də xüsusi bilikləri olmayan, lakin təfəkkürləri İT sahəsində güclü ola biləcək şagirdləri qiymətləndirməklə aşkar etməkdir. Hər il müxtəlif ölkələrdə bu müsabiqənin keçirilməsi davam edir. Bu il Noyabr ayının 5-11 tarixləri arasında 12-ci Beynəlxalq Bebras həftəsi təşkil edilmişdir.Sevindirici haldır ki, bizim şagirdlərimizin də bir qismi bu müsabiqəyə qatılmış, əldə etdiyi uğurlara görə sertifikatlarla təltif olumuşlar. Onları ürəkdən təbrik edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi